Azərbaycanda DƏHŞƏTLİ QƏTL – Ana və xəstə qızını öldürdülər – FOTO
30
avq
2018
11:56
Bu gecə Cəlilabad rayonunda dəhşətşli cinayət baş verib.BAKU.WS xəbər verir ki, gecə saatlarında Qarazəncir kəndində evlərin birində 2 qadın qətlə yetirilib. Öldürülən şəxslərin biri 86 yaşlı Firuzə və onun qızı 46 yaşlı Sənubərdir.Onları yaşadıqları evdə öldürüblər. Yaşlı qadının meyiti yaşadıqları evin arxasındakı tövlədən tapılıb. Qızının meyiti isə evdən tapılıb.Bildirilir ki, ana və baladan başqa həmin evdə heç kim yaşamayıb. Sənubər ruhi xəstə olduğu üçün ailə həyatı da qurmayıb. Onun qardaşı da bir neçə ilə bundan əvvəl həmin xəstəlikdən dünyasını dəyişib.Hadisə araşdırılmağa başlanılıb. İlkin ehtimalla qətli törətməkdə şübhəli bilinən şəxs var. Lakin istintaq sirri olduğu üçün həmin şəxsin kimliyi açıqlanmır.Faktla bağlı araşdırmalara başlanılıb.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Biləsuvarda 70 yaşlı qadının meyiti tapılıb
Biləsuvar rayonunda 70 yaşlı qadının meyiti tapılıb. Hadisə rayonun “Aerodrom” adlanan ərazinin yaxınlığında qeydə alınıb. Belə ki, 1948-ci il təvəllüdlü Şirino...