Azərbaycanda atanın 6 yaşlı oğlunu döyüb öldürməsinin təfərrüatları
Ağstafada 6 yaşlı uşağın atası tərəfindən öldürülməsinin səbəbi bəlli olub.
BAKU.WS xəbər verir ki, azyaşlının anası Jalə Musayevanın ANS PRESS-ə verdiyi məlumata görə, Şəmsəddin bacısı Sevgi ilə oynayarkən bacısını söyüb. Atası isə uşağı bu əməlinə görə böyük bir odun parçası ilə döyməyə başlayıb: "Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik”.
Kənd sakinləri isə Famil Pərvanəyevin əvvəllər məhkum olunduğunu, həyat yoldaşının ondan boşanmaq istədiyini, lakin Familin qadını boşanacağı halda öldürəcəyi ilə təhdid etdiyini bildirdilər.
Övladını döyərək öldürən kişi mütəmadi olaraq həyat yoldaşını da döyürmüş.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: Ata azyaşlı oğlunu döyərək öldürdü
Ağstafada ata 6 yaşlı oğlunu döyərək öldürüb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 2010-...