Azovda yanan gəmidə Azərbaycan vətəndaşlarının olması xəbərinə - RƏSMİ CAVAB

Azovda yanan gəmidə Azərbaycan vətəndaşlarının olması xəbərinə - RƏSMİ CAVAB
Hadisə 72

Ötən gün Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib. Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinin gəmi heyəti yanğınla mübarizə üçün kömək istəməyib və yanğını özləri söndürüb.

Vanuatu bayrağı altında üzən "Aqua" adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfərin olduğu, hadisə nəticəsində bir nəfərin həlak olduğu bildirilirdi.

BAKU.WS xəbər verir ki, Qafqazinfo məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlayıb. XİN-in Mətbuat xidmətindən bildirilib ki, ilkin məlumatlara görə, sözügedən gəmidə Azərbaycan vətəndaşları olmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər