"Azərişıq"a məxsus maşın aşdı - 2 ölü, 2 yaralı

18
sen
2019
12:55
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, rayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir. Qubada baş verən yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.Qəza nəticəsində Zahid Qurbanov və Namiq Rüstəmov dünyasını dəyişiblər.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Oxşar xəbərlər
Avtomobil vuran azyaşlını xəstəxanaya çatdırmaq istədi, qəza törətdi: 2 ölü, 3 yaralı
Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Qubanın Rustov kəndində 4 yaşlı uşağı a...
