“Azərenerji”nin mühəndisi iş başında ölüb

“Azərenerji”nin mühəndisi iş başında ölüb
Hadisə 119

Avqustun 12-si saat 13 radələrində Sumqayıt şəhər sakini Qəmərəddin Məmmədovun işlədiyi yerdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Qəmərəddin Məmmədov mühəndis vəzifəsində işlədiyi “Azərenerji” ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində yerdəyişmə işləri görülərkən paylayıcı qutunun üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürüb

Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürüb

İyulun 7-si saat 16 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyevin ölməsi barədə rayon proku...

96 Hadisə 09:59 08 iyul 2021

Son xəbərlər