Misirdəki qəzada xəsarət alan azərbaycanlı ailənin vəziyyəti necədir? – XİN-dən AÇIQLAMA
"Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki səfirliyimiz tərəfindən əlaqə saxlanılıb".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə "Trend"in sorğusuna cavab olaraq bildirib.
Vurğulanıb ki, həmvətənlərimiz yüngül xəsarətlər alıblar.
"Vəziyyətləri yaxşıdır. Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur", - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, ötən gün Misirin Ras-Sidr şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər yaralanıb. Xəsarət alanlar arasında Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynadan olan turistlər var.
***08:58
Misirin şərqində, Ras-Sidr şəhəri yaxınlığında baş vermiş avtobus qəzasında üç azərbaycanlı turist də daxil olmaqla azı 41 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Report xəbər verir ki, bu barədə "Cairo24" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Rusiya, Qazaxıstan və Ukraynadan olan turistlər də xəsarət alıblar. Yaralılar artıq xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Astarada qatar 34 yaşlı şəxsi vurub
Astarada qatarın vurduğu piyada əməliyyatdan çıxıb və reanimasiya şöbəsinə yerləşdirilib. BAKU.WS APA-ya istinadən bildirir ki, əməliyyat zamanı 34 yaşlı M.Quli...