Azərbaycanlı reper “Paster” azadlığa çıxdı

Azərbaycanlı reper “Paster” azadlığa çıxdı
Hadisə 982

Reper Pərviz Quluzadə (Paster) azadlığa buraxılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, məşhur reper ötən gün gündüz saatlarında cəza müddətini başa vuraraq azadlığa çıxıb.

Qeyd edək ki, bir ay öncə P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər edərkən polis tərəfindən saxlanılıb.

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məşhur reper Paster həbs edildi - VİDEO

Məşhur reper Paster həbs edildi - VİDEO

Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin (Paster) saxlanılmasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna ca...

2588 Hadisə 10:16 27 dekabr 2019

Son xəbərlər