Rusiyada azərbaycanlı kişi qısqanclıqdan arvadını öldürdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı kişi 27 yaşlı arvadını qısqanclıq zəminində öldürüb.
BAKU.WS lent.az-a istinadən bildirir ki, hadisə Şuşarıda baş verib. Kişi iki ay əvvəl qızı boğmağa çalışsa da, arvadı xilas olmağı bacarıb və polisə müraciət edib.
42 yaşlı Arazın həyat yoldaşından 15 yaş böyük olduğu bildirilir. Həmçinin qadın da azərbaycanlıdır. Cütlük Rusiyaya köçüb və vətəndaşlıq alıb.
Polis əməkdaşları mənzilə ilk dəfə yanvar ayında gəliblər. Daha sonra ölümlə hədələmə maddəsi ilə cinayət işi açılıb və ər öz ərizəsi ilə sərbəst buraxılıb.
Amma ötən gün əri bıçaqla arvadına hücum edib və boyun nahiyəsinə çoxsaylı zərbələr endirib. Nəticədə zərərçəkən ölüb.
Məlumata görə, həmin axşam qısqanc şəxs içki içib və özündən çıxıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda QANDONDURAN CİNAYƏT: ögey qızını zorlayıb öldürdü - TƏFƏRRÜAT + FOTO
2023-cü il fevralın 2-də 2009-cu il təvəllüdlü Günay Şadatovanın 3 saylı şəhər klinik xəstəxanasında ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil ol...