Azərbaycanlı jurnalist vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov vəfat edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Araz İsmayıl oğlu Axundov martın 17-də 77 yaşında Moskvada dünyasını dəyişib.
Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər “Russia Today” Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.
A.Axundov həm də fotoqraf kimi tanınıb. 2011-ci ildə Moskva Millətlər Evində onun Azərbaycan və Moskvaya həsr olunan “Azərbaycan və Moskva Araz Axundovun gözü ilə” adlı ilk şəxsi sərgisi keçirilib.
Oxşar xəbərlər
Elmira Axundovanın adı qarışan böyük dələduzluq işinin İLGİNC DETALLARI
Deputatın və oğlunun dəyərli 10 milyon manatlarla ölçülən varidatının siyahısı; Fərman Məmmədov: “Evindəki məclisdə Elmira Axundova söylədi ki, oğlum tenderlərd...