Azərbaycanın Xalq artisti vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib.
BAKU.WS bildirir ki, bu haqda Axşam.az-a aktyorun yaxınları xəbər verib. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasını dəyişib. Bakı Bələdiyyə Teatrının aktyoru ötən gün dəfn olunub.
Qeyd edək ki, V.Əliyev 1940-cı ildə anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.
Oxşar xəbərlər
Ata Abdullayev bu kriminal dəstənin üzvü olub – 100 min manatlıq qarət...
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri s...