Azərbaycanın əməkdar rəssamı vəfat edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Əməkdar rəssamı Asif Azərelli dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a rəssamın yaxınları bildirib.
Qeyd edək ki, Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Bərdə rayonun Uğurbəyli kəndində anadan olub.
1980-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olub. 1983-1984-cü illərdə UNESCO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub. Vəfatınadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent vəzifəsində çalışıb.
A.Azərelli 2015-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.
Əsərləri (“Şuşa”, “Kəlbəcər”, “Qarabağlı qoca”, “Belə haqsızlıq olarmı?”, “Zəngilan toyu”, “Dədə Qorqud” və s.) Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB
Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnolo...