Azərbaycanın Əməkdar rəssamı vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Əməkdar rəssamı Ağasaleh Nuriyev vəfat edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 83 yaşlı rəssam bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, A.Nuriyev 1940-cı ildə Bakıda anadan olub. O, 1957-1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964-1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. A.Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.
Onun əsərləri Gürcüstan, Rusiya, Almaniya, Çexiya, Slovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar rəssam” adına layiq görülüb.
Oxşar xəbərlər
Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB
Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnolo...