Azərbaycanın bu kəndləri ayıların hücumuna məruz qalıb - FOTO
Son günlər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun dağlıq kəndləri ayıların hücumuna məruz qalır.
“Report”un yerli bürosu xəbər verir ki, kəndlərdə ayıların çoxalması sakinləri təşvişə salır.
Rayonun dağ kəndlərinin, o cümlədən də Kükünün sakinləri ayıların peyda olmasından təşvişə düşüblər. Sakinlər qeyd edirlər ki, ayılar onların böyük zəhmətlə ərsəyə gətirdiyi təsərrüfat sahələrinə və bal arıları yeşiklərinə ziyan vururlar. Bunlar bir yana, vəhşi heyvanlar onların həyatına təhlükə törədərək təşviş yaradırlar.
Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar hətta günün istənilən saatında həyətlərdə gözə dəyir, alma, armud yeyirlər. Yırtıcı heyvanlar ovlarını dağda deyil, bağlarda axtarır.
Qalereya
Oxşar xəbərlər
Ağsu sakini naməlum vəhşi heyvanın hücumuna məruz qalıb - FOTO
Ağsu sakini naməlum vəhşi heyvanın hücumuna məruz qalıb. BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə rayonun Daşdəmirbəyli kəndində qeydə alınıb. Belə ki,...