Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı Türkiyədə tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın interpol xətti ilə axtarışa verdiyi iranlı iş adamı Türkiyədə saxlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan İran vətəndaşı Fərzad Foroozanmehri İstanbulda saxlanılıb.
Onun yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir.
Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, bizneslə məşğul olan Fərzad Foroozanmehri Bakıda Azərbaycan vətəndaşı Orxan İsmayılzadənin evini 240 min manata sataraq pulu götürüb və ölkədən qaçıb.
Azərbaycan onu İnterpol vasitəsilə axtarışa verib.
Oxşar xəbərlər
Həccdən qayıdan qadın Bakıda hansı oyunlardan çıxdı
Müqəddəs torpaqlara qədəm qoymuş, Məkkəni birlikdə ziyarət etmiş 17 illik rəfiqələri düşmənə çevirən əsas səbəb birinin aldatması, digərinin isə ona aldanması o...