Azərbaycanda yüksəkvəzifəli məmurun ölüm səbəbi bilindi - YENİLƏNİB - FOTO

Azərbaycanda yüksəkvəzifəli məmurun ölüm səbəbi bilindi - YENİLƏNİB - FOTO
Foto
Hadisə 672

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadənin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü R.Vəlizadə Bakıda yaşadığı evdə yatdığı yerdə dünyasını dəyişib. Gənc məmurun yuxuda ikən ürəktutma keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edilib ki, Ramin Vəlizadə bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş.

Həmçinin bildirilir ki, R.Vəlizadənin yaxın qohumları arasında da qəfil ürəktutmadan vəfat edən bir neçə nəfər olub.

***10:21

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə vəfat edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, yüksəkvəzifəli şəxs qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Ramin Vəlizadə daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına katibi vəzifəsini daha əvvəl İnam Kərimov və Vüsal Hüseynov da tutub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər