Hacıqabulda yataqxanada yanğın zamanı 5 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-1
Yeniliklərdən dərhal xəbərdar olun
Dəqiqləşdirilmiş məlumata əsasən, gecə saatlarında Hacıqabul rayonunun Nəvahı qəsəbəsində baş vermiş yanğın hadisəsi taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində baş verib.
Bu barədə "Report"a FHN-dən bildirilib.
***07.09
Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində beş nəfər həyatını itirib, daha iki nəfər xəsarət alıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla beş nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.
Yanğın zamanı daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİB
Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “Bakı şəhər...