Azərbaycanda yaşlı qadın evində qətlə yetirildi - VİDEO

Azərbaycanda yaşlı qadın evində qətlə yetirildi - VİDEO
Video
Hadisə 336

Sumqayıtda qətl hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.

Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının meyiti yaşadığı mənzildə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı və qətlə yetirildiyi məlum olub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər