Azərbaycanda vəzifəli şəxslər külli miqdarda dövlət əmlakını mənimsəyiblər - CİNAYƏT İŞİ

Azərbaycanda vəzifəli şəxslər külli miqdarda dövlət əmlakını mənimsəyiblər - CİNAYƏT İŞİ
Hadisə 153

“Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər