Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.
Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.
S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin sözlərinə görə, hadisəni törədən "Mercedes" markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadını zorladı, aldadaraq otağa saldı, sonra... - Sumqayıtda İYRƏNC OLAY
Sumqayıt şəhərində arvadına təcavüz etməkdə, girov götürmə və bədənə xəsarət yetirməkdə ittiham olunan Səlim Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad v...
