Azərbaycanda vəzifəli şəxsi öldürənlərlə bağlı YENİ XƏBƏR - İkisi tutulub

Azərbaycanda vəzifəli şəxsi öldürənlərlə bağlı YENİ XƏBƏR - İkisi tutulub
Hadisə 1399

Yevlaxda həkimi qətlə yetirməkdə şübhəli bilinən 3 nəfərdən ikisi saxlanılıb.

BAKU.WS xəbər verir ki, digəri isə qaçaraq gizlənib.

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri, 65 yaşlı Bəyaz Cabbarov yanvarın 10-u axşam saatlarında yaşadığı evdə qətlə yetirilib. Onun üzərində 20-dən artıq bıçaq xəsarətləri olub.

Həkimi öldürən şəxslər qonşulardan birinin müşahidə kamerasına düşüblər. Görüntülərdə 3 nəfər qeydə alınıb. Həmin şəxslərin üzündə maska, birinin əlində isə bıçaq olub.

Onlar qətli törətdikdən sonra əyinlərindəki qanlı paltarları və ayaq geyimlərini ərazidən keçən dəmiryolu xəttinin kənarına atıblar.

***08:00

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovu öldürməkdə şübhəli bilinən şəxslərin videogörüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, həmin şəxslər tululublar.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib ki, yanvarın 10-da saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər