Azərbaycanda vəzifəli şəxsin həyatı təhlükədədir

Azərbaycanda vəzifəli şəxsin həyatı təhlükədədir
Foto
Hadisə 8170

Vətəndaş Ruzbeh Gülümovun təhqir edilməsi ilə bağlı polisə müraciət daxil olub.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib. Qeyd edib ki, hazırda müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

***

Kliniki Tibbi Mərkəzin mətbuat katibi, tanınmış jurnalist Ruzbeh Gülümov (Məmməd) təhdid mesajları alır.

BAKU.WS xəbər verir ki, o bu barədə özü şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

R. Gülümov bildirib ki, bu gün həmin şəxs onun iş yerinə basqın edib:

"Bir instaqram səhifəsi işlədən, özünü "Hulya tv"nin "rəhbəri" kimi təqdim edən şəxs klinika haqqında şantaj videoları paylaşdığı üçün irad bildirmişəm. Dünən zəng və votsapdan təhqiredici sözlər səsləndirib. Mən də onun səviyyəsinə enmədiyim üçün 102-yə bildirmişəm. Bu gün iş yerimə basqın edib, məni tapıb cəzalandıracağını bildirib. Belə adamlar bu qədər niyə azad olmalı? DİN-i günahlamdırmıram, belə "ağıllı" adamlar çoxdur, bilirəm məşğul edirlər."

Azərbaycanda vəzifəli şəxsin həyatı təhlükədədir

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər