Azərbaycanda toyda kütləvi zəhərlənmə - 75 nəfər xəstəxanalıq oldu

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 75 nəfər xəstəxanalıq oldu
Hadisə 697
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hazırda xəstəxanada 2 nəfər qalıb.Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Oxşar xəbərlər

Azərbaycanda tortdan kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanalıq oldu

Azərbaycanda tortdan kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanalıq oldu

Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, iki gün öncə ad günündə olan şəxslər zəhərlənmə diaqnozu ilə Şabran rayon M...

432 Hadisə 11:47 02 avqust 2019

Son xəbərlər