Azərbaycanda teplovozla yük maşını toqquşub - Ölən və xəsarət alan var - FOTO

Azərbaycanda teplovozla yük maşını toqquşub - Ölən və xəsarət alan var - FOTO
Foto
Hadisə 200

Neftçalada teplovoz ilə yük maşını toqquşub, ölən və xəsarət alan var.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, tənzimlənməyən dəmir yolunda teplovoz yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Fəxrəddinov Vüsal Rüstəm oğlu hadisə yerində ölüb. Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbadov İbad İnqilab oğlu isə xəsarət alıb.

Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər