Azərbaycanda telekanal operatoru antibiotik iynəsi vurulduqdan sonra ÖLDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Viyən kəndində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədova ev şəraitində antibiotik vurulub. Bundan sonra İ.Məmmədovun vəziyyəti ağırlaşdığını görən ailə üzvləri təcili tibbi yardıma müraciət ediblər. Lakin həkim gələnə qədər İ.Məmmədov ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ölümün səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, İ.Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....