Azərbaycanda şirkət rəhbəri bıçaqlandı

30
may
2020
14:12
Bərdədə bıçaqlanma olub.
BAKU.WS APA-ya istiinadən xəbər verir ki, hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova 3 bıçaq zərbəsi endirib.
Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.
Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.
Oxşar xəbərlər
Əlbir olub azyaşlını sahibsiz yerə apardılar və... - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT
Sabirabad rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Cəfərov v...