Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var

Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var
Hadisə 3492

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib.

Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub.

Nəticədə 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.

Oxşar xəbərlər

Bakıda tanınmış şadlıq sarayındakı toyda kütləvi dava: yaralılar var

Bakıda tanınmış şadlıq sarayındakı toyda kütləvi dava: yaralılar var

Bakıda şadlıq sarayında kütləvi dava olub. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki "Ağ çiçəyim" şadlıq evində baş...

2134 Hadisə 13:39 13 yanvar 2020

Son xəbərlər