Azərbaycanda sərxoş oğul atasını bıçaqladı

İsmayıllıda ailə-məişət zəminində oğul atasına bıçaqla xəsarət yetirib.
Belə ki, 1994-cü il təvəllüdlü İsmayıllı şəhər sakini Emin Maarifli aralarında yaranan mübahisə zamanı 53 yaşlı atası Sübhan Dadaşovu bıçaqlayıb. S.Dadaşov xəstəxanaya yerləşdirilib.
Oğlun isə hadisəni törədən zaman sərxoş olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli saxlanılıb.
“Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir”.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...