Azərbaycanda sərnişin avtobusu dayanacağa çırpılıb, xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə sərnişin avtobusu dayanacağa çırpılıb, xəsarət alan var
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki 9 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu dayanacağa, sonra köşkə çırpılıb. Qəza zamanı köşkdə işləyən 1990-cı il təvəllüdlü Ümid Heydərov yüngül xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları xəsarət alan şəxsə yardım göstərib. Sərnişin avtobusunun sürücü Qafar Əliyevin sözlərinə gözə, qəzaya səbəb avtobusun əyləc sistemində anidən nasazlıq yaranması olub.
Qeyd edək ki, qəza zaman sahibkara ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şamaxıda turistləri daşıyan avtobusla bağlı ŞOK FAKT - Qəzalı vəziyyətdə imiş... - VİDEO - YENİLƏNİB
Şamaxıda turistləri daşıyan avtobusun qəzaya düşməsi ilə bağlı yeni dettalar üzə çıxıb. BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə baş verməzdən əvvəl avtobus...