Azərbaycanda şair 92 yaşında vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış şair-publisist Soltan Abbas 92 yaşında vəfat edib.
BAKU.WS report-a istindən xəbər verir ki, bu gün Neftçala rayonunun Ballıca kəndində yaşadığı evdə dünyasını dəyişən mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Soltan İsrafil oğlu Abbasov 1933-cü il yanvarın 7-də anadan olub. Bədii yaradıcılığa 1960-cı ildən başlayıb. 1985-ci ildən Azərbaycan yazıçılar Birliyinin üzvü olan Soltan Abbas "Damcı", "Mənə çox öyrəşmə", "Tut ağacı", "Yollar-ömür yolum", "Səyyah etdi söz məni", "Nakam ömrün yaşıl anları", "Ömrü yaşadan sözlər" və s. kitabların müəllifidir.
1994-cü ildə "Məmməd Araz" ali ədəbi mükafatına layiq görülüb.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...