Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki "Avtomobil Yollarının Mühafizə Xidməti"ndə korrupsiya halları ilə bağlı araşdırma başlayıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət vəzifə səlahiyyətlərini aşma və korrupsiya halları ilə bağlı ittihamlardan gedir.
Qanun pozuntusu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib. Müraciət əsasında qurumun bəzi vəzifəli şəxslərinin dindirildiyi bildirilir.
Faktla bağlı aparılan araşdırma çərçivəsində kimlərinsə təqsirləndirilən şəxs qismində cəlb olunub-olunmadığı hələlik məlum deyil.
Qeyd edək ki, yeni AAYDA sədri Vüsal Nəsirlinin Əmri ilə Xidmətin rəisi Səftər İsmayılov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, 20 il "Avtomobil Yollarının Mühafizə Xidməti"nin rəisi işləyib.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...