Azərbaycanda rayon prokuroru yol qəzasına düşüb
17
mar
2025
12:14
Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində "Niva" və "Toyota Camry" markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən "Toyota Camry" markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Vergi xidmətinin əməkdaşı vəfat etdi
Şəmki rayonunda vergi xidmətinin əməkdaşı Elçin Məmmədov vəfat edib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o 61 yaşında dünyasını dəyişib. Qeyd olunub ki,...