Azərbaycanda qadını şantaj edərək intihar həddinə çatdıran şəxs həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 3-də Şəmkir rayon sakini Nərmin Məmmədovanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Şəmkir rayon prokurorluğundan bildirilib ki, istintaqla Elnar Məmmədovu tanışı Nərmin Məmmədovadan zor tətbiq etmə və barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etməsi nəticəsində onu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Elnar Məmmədova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
“MTN işi”ndə zərərçəkmiş: “Mənim qanunsuz həbsimdən sonra ailəmdən külli miqdarda pul alınıb”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yas...