Azərbaycanda qadın ərini yataqda baltalayaraq öldürüb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada 38 yaşlı kişi balta ilə qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs qismində saxlanıb.
BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Kənd sakini, 37 yaşlı Aynur Abdullayevanın həyat yoldaşı Elvin Abdullayevi qətlə yetirdiyi bildirilir. İddiaya görə, qadın ərini yatağında yatarkən balta ilə boyun nahiyəsinə zərbə endirərək qətlə yetirib.
Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək ərini qətlə yetirdiyini etiraf edib. O, hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili mübahisə zəminində yaranan münaqişədən sonra törətdiyini bildirib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda arvadı tərəfindən qətlə yetirilən kişi vəzifəli şəxsin oğlu imiş - TƏFƏRRÜAT - YENİLƏNİB
Ağstafada ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən qətlə yetirilən 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu A...