Azərbaycanda pulu olmayan kişi xəstəxanada 20 gündür ac saxlanılır? - AÇIQLAMA + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə xəstəxanada yatan vətəndaşa qarşı laqeyd münasibətin göstərildiyi iddia edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, söhbət Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada yatan pasiyentdən gedir:
“Yaşlı kişinin ayağı sınıb. Bir həftəyə yaxın müddətdir xəstəxananın ikinci mərtəbəsindəki palatada yatır. Ağrıdan qıvrılır, qışqırır, heç kim yaxın durmur. Pulu yoxdur deyə həkimlər kişiyə baxmır”.
Görüntülərdə kişi 20 gündür ac qaldığını deyib:
“Öldürmüyün insanı. Allahdan qorxunuz olsun. Nə deyirəm vurun, ağrıkəsici vurun. İyirmi gün çörək yeməmək nə deməkdir? Başım gicəllənir”.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-in əməkdaşı Kənan Kərimov bildirib ki, sözügedən hadisə qurum tərəfindən nəzarətə götürülüb və ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...