Azərbaycanda polis qaçmaq istəyən şəxsi tutarkən havaya atəş açdı
23
may
2022
11:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açıb və görülən tədbirlərlə o saxlanılıb.
Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı - FOTO
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisin...