Azərbaycanda polis əməkdaşı yol qəzasında ölüb - FOTO

14
okt
2021
09:24
Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü - 1995-ci il təvəllüdlü Toğrul Əsədov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən T.Əsədov Gədəbəy Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.

Oxşar xəbərlər
Gədəbəydə ağır yol qəzası, bir nəfər dünyasını dəyişdi - FOTO
Gədəbəy rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində baş...