Azərbaycanda polis bu qadını axtarır - FOTO

Azərbaycanda polis bu qadını axtarır - FOTO
Hadisə 1255

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata görə, Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova dekabr ayının 31-də gecə saatlarıda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G. Qurbanovanın əlamətləri belədir: boyu 160 sm, dolu bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy köynək, qara rəngli cins şalvar və qara rəngli gödəkcə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 751-71-98 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Polis bu qadını axtarır - FOTO

Polis bu qadını axtarır - FOTO

Göygöl rayonu Zurnabad kənd sakini Gülnarə Hüseynova noyabr ayının 18-də Göygöl rayonunda yaşayan qohumunun evindən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə...

1348 Hadisə 13:31 05 dekabr 2021

Son xəbərlər