Azərbaycanda polis avtomobili ilə iki məktəblini vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran rayonunda avtomobil iki məktəblini vurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin H.Əliyev prospektində yerləşən 1 nömrəli məktəbin qarşısında qeydə alınıb.
Belə ki, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən məktəblilər - 2007-ci il təvəllüdlü E.Həsənovanı və onun qardaşı 2009-cu il təvəllüdlü M.Həsənovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəblilər xəstəxanaya çatdırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirilib ki, mayın 8-i səhər saatlarında Şabran rayonu ərazisində iki məktəbli qəfil hərəkətdə olan “Toyota” markalı avtomobilin yoluna çıxıb.
Avtomobilin sürücüsü, polis nəfəri məktəbliləri xəstəxanaya çatdırıb. Onların müalicələri davam etdirilir, vəziyyətləri normaldır, həyati təhlükələri yoxdur.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...