Azərbaycanda "polis" alimin pullarını aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfər bəlli olmayan bir vədlə rayon sakini Elnur Kəlbizadədən 200 manat pul alıb.
BAKU.WS-in lent.az-a istinadla məlumatına görə, sonradan aldadıldığını görən zərərçəkmiş məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət edib.
Polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində dərhal özünü polis kimi təqdim edən dələduz saxlanılıb və vətəndaşa dəyən ziyan geri ödənilib.
Qeyd edək ki, Elnur Kəlbizadə tarix elmlər doktoru, dosentdir. O, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiridir.
Oxşar xəbərlər
Fəridə Məmmədova Salyanda dəfn olunub - YENİLƏNİB - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmə...