Azərbaycanda polis 18 yaşlı bu qızı axtarır - FOTO
Xızı rayonunun Sitalçay kəndində yaşayan 18 yaşlı Günəş Allahverdiyeva 2024-cü ilin iyunun 29-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-dən bildirilib
Onun əlamətləri belədir: Boyu təxminən 164 sm., kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi.
Hicablı qızın evdən çıxarkən əynində göy rəngli uzun paltar və qara rəngli əl çantası olub.
Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Xızı rayon Polis Şöbəsinə (02331) 5-01-31, (051) 404-77-00 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
DİN-dən müraciət! “Şəkildəki qızı görənlərdən xahiş olunur…” - FOTO
Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yaşayan 17 yaşlı Aydan Cahangirova martın 31-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri q...