Azərbaycanda nə qədər zəlzələ baş verib? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Azərbaycanda qeydə alınan yeraltı təkanların sayı açıqlanıb.
Bu barədə BAKU.WS-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
RSXM-nin 2021-ci ildə seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar sahəsində əldə olunmuş nəticələri də təqdim olunub.
Bildirilib ki, 2021-ci ildə mərkəz tərəfindən 62 rəqəmsal stansiyanın məlumatları əsasında respublika ərazisində seysmikliyin analizi aparılıb. Mərkəz tərəfindən bu günə qədər ümumilikdə 14652 yeraltı təkan qeydə alınıb. Onlardan 3960-ı yerli (Azərbaycan ərazisi), 7975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir.
Azərbaycan və ona bitişik ərazilərdə 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib.
Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş verib.
Oxşar xəbərlər
Azərbaycanda növbəti yeraltı təkanlar qeydə alınıb - YENİLƏNİB
Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib. BAKU.WS Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 4,5 bal gücündə yeraltı təkanla...