Həmkəndlisini döydüyü üçün həbs edilən şəxs nazirliyin əməkdaşıdır?

"Həmkəndlisini döydüyü üçün həbs edilən T.Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, o cümlədən DOST Agentliyinin və ya DOST Mərkəzinin əməkdaşı deyil".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev məlumat yayıb.
O bildirib ki, həmin şəxs "DOST İş" Mərkəzi tərəfindən ödənişli ictimai işlər proqramı çərçivəsində Zaqatala Regional Qaz İstismarı İdarəsinin Balakən rayonu üzrə ictimai işlər üzrə köməkçi işi ilə təmin edilib.
***09:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı həbs edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
Məhkəmənin hökmü ilə nazirliyin tabeliyində "DOST" Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işləyən şəxs 3 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döyməkdə ittiham olunur. Belə ki, təqsirləndirilən şəxs Balakən rayonunun Kortala kəndindəki şadlıq sarayında keçirilən toy məclisində həddindən artıq spirtli içki qəbul edərək həmkəndlisi ilə mübahisə edib. Mübahisə zamanı o, həmkəndlisinin baş nahiyəsinə ağır xəsarətlər yetirib.
Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb və nazirlik əməkdaşı məsuliyyətə cəlb edilib.
Oxşar xəbərlər
Ceyhun Musaoğluna ağır itki
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi, jurnalist Ceyhun Musaoğluna ağır itki üz verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki...
