Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakinləri Murad Musayev və Şəmsi Məmmədli saxlanılıblar.
Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə marixuana aşkar edilərək götürülüb.
Bundan əlavə, həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onların şəhər ərazisində yerləşən meşəlik ərazidə narkotik tərkibli bitkilər yetişdirdikləri müəyyən edilib. Qeyd edilən əraziyə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 36 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanıldı - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə...