Azərbaycanda narkotik istifadə edən diş texnikləri saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə istifadə edən şəxslər tutularaq məsuliyyətə cəlb edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib və orada müştərilərə xidmət göstərən Rəsul Səfərovla Mövlud Hüseynov saxlanılıb. Tibbi müayinədən keçirilən həmin şəxslərin marixuana qəbul etdikləri məlum olub. Hər iki şəxs barəsində toplanmış materiallar baxılmasından ötrü şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə barələrində qanunamüvafiq tədbir görülüb.
Polis əməkdaşlarını gördükdən sonra məntəqədən uzaqlaşan bir nəfərin isə tutularaq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Araşdırma zamanı həmin stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.
Qalereya
Oxşar xəbərlər
Əvvəlcə cinsi əlaqədə olub, sonra sevgilisini yataqda… - Bakıda dəhşət - VİDEO
23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovan...