Azərbaycanda molla qəbiristanlıqda vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda qəbiristanlıqda ölüm hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə qəbiristanlığında məzarların birinin önündə "Yasin" oxuyan 55 yaşlı İslam Abdullazadə qəfildən dünyasını dəyişib.
Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Məlumata görə, dünyasını dəyişən şəxs qəsəbənin mollası olub. Hadisə baş verən zaman isə İ.Abdullazadə qəbiristanlığa "Yasin" oxumağa çağırılıbmış.
Əslən Yardımlı rayonundan olan mərhum bu gün Saray qəbiristanlığında dəfn olunub.
Oxşar xəbərlər
Azərbaycanda gənc oğlanla qız qəbiristanlıqda sevişərkən yaxalandı - TƏFƏRRÜAT
Bu ilin 24 mart tarixində Bərdə rayonunun Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlıqda 2003-cü il təvəllüdlü Məhəmmədəli Quliyevin Elnur Məmmədovu (şərt...