Azərbaycanda minik maşını yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü T.Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ərli qadın gizlicə başqası ilə sevişdi, intim videosu çəkildi - Bakıda ŞOK OLAY
Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Yasama...