Azərbaycanda minik avtomobili körpüdən aşıb, xəsarət alan var

Azərbaycanda minik avtomobili körpüdən aşıb, xəsarət alan var
Hadisə 48

Minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq çayın üzərindəki körpüdən yolun kənarına düşüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə saat 22:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Tehran Vüqar oğlu Zülfüqarlı qaş nahiyəsinin açıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Hazırda T. Zülfüqarlının müayinəsi və müalicəsi Zaqatala RMX-da davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər