Azərbaycanda məzun qəza törədib, xəsarət alanlar var - FOTO

Ucarda məzun idarə etdiyi avtomobillə qəza törədib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Rayonun Qazyan kənd məktəbinin məzunu, 2006-cı il təvəllüdlü Nüsrət Müğdət oğlu Qasımovun idarə etdiyi "VAZ 21015" markalı minik maşını ilə Zərdab rayon sakininin idarə etdiyi "Mercedes" markalı maşın toqquşub. Nəticədə sürücü, N. Qasımov, onun sərnişini, 2002-cı il təvəllüdlü Sənan Ələsgər oğlu Bağırov və digər avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə Saleh qızı Zeynalova müxtəlif xəsarətlər alıblar. Onlar Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Nişanlı qız cehiz pulunu götürüb evdən qaçdı, oteldə... - ŞOK TƏFƏRRÜAT
Bakıda 1995-ci il təvəllüdlü Ələsgər sevgi münasibəti yaratdığı 2006-cı il təvəllüdlü Arzuya (adlar şərti verilib – red.) qarşı dələduzluq edib. BAKU.WS “teleqr...
