Meşə yanğınının söndürülməsinə helikopterlər cəlb edildi - YENİLƏNİB

Meşə yanğınının söndürülməsinə helikopterlər cəlb edildi - YENİLƏNİB
Hadisə 316

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağsu rayonunda meşə ərazisində başlayan yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

18:00

Ağsu rayonunda meşə ərazisində yanğın başlayıb.

BAKU.WS-in məlumatına görə, "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın Ağsu dolayları və Ağsu çayının sol sahilində müşahidə olunur.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının söndürülməsi və genişlənməsinin qarşısını almaq istiqamətində işlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər