Azərbaycanda məktəbli qız 15 manata görə şantaj olundu, intihara cəhd etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində şantaj edilən qız intihara cəhd edib.
BAKU.WS xəbər verir ki, 2008-ci il təvəllüdlü, VIII sinif şagirdi qız tanışı, X sinif şagirdi Ümid adlı oğlan tərəfindən şantaj edildiyi üçün özünü asmaq qərarına gəlib.
Belə ki, qızın tanışı ondan 10-15 manat istəyib ki, telefonunu təmir etdirsin. Qız həmin pulu vermədiyi üçün Ümid onunla sevgili olduğunu hər kəsin biləcəyi ilə şantaj edib.
Qız bundan sonra evə gələrək məktub yazıb və intihara cəhd edib. Bu zaman anası onu xilas edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov oxu.az-a açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb:
“Aparılan araşdırmaların nəticəsinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...